İqtisadiyyat Klubu / Vüqar Bayramov
2 years ago
Bu həftə, oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonaqları bu dəfə tanınmış iqtisadçı Vüqar Bayramov idi. Onlar AFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardılar. İlk öncə çıxış edən Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı. Bundan əvalə tələbələrlə tələb və təklif, oyun nəzəriyyəsi, eləcə də Elvin Tofflerin fikirləri barəsində söhbət aparıldı.
İnsan həqiqətən də rasional varlıqdır? Mülkiyyət hüquqları və sövdələşmə arasında əlaqələr nədir? Bir tərəfin iqtisadi fəaliyyəti əgər digər tərəfin hüquqlarını pozursa nə etməli? Bazar çatışmazlıqlarını dövlət həll etməlidir ya bazarın özü? Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk görüşündə bu və oxşar suallara mümkün cavabları tapmağa çalışdı.

-
Vimeo: About / Blog / Developers / Jobs /
Community Guidelines /
Help Center / Video School / Music Store / Site Map
/ Vimeo
or
-
Legal: TM + ©2012 Vimeo, LLC. All rights reserved. / Terms of Service / Privacy Statement / Copyright

Prev week