Noyabrın 7-də Azad Fikir Universitetinin İnsan Hüquqları klubunun qonağı tanınmış hüquq eksperti Erkin Qədirli idi. O, tələbələrlə birlikdə insan hüquqları haqqında beynəlxalq qanunvericiliyi müzakirə etdi.
BMT-nin Universal İnsan Hüquqları Bəyannaməsi ilə mühazirəsinə başlayan Erkin bu bəyannamənin tarixi və hüquqi qüvvəsi, eləcə də niyə onun müqavilə formasında olmaması ilə bağlı hərtərəfli informasiya verdi. Hər ikisi 1966-cı ildə BMT tərəfindən qəbul olunan Vətəndaş və Siyasi Hüquqlar Haqqında Saziş və İqtisadi, Sosial və Mədəni Hüquqlaq Haqqında Saziş haqqında danışarkən, o, bir daha bu sazişlərin hazırlanması və imzalanmasını əhatə edən hüquqi və ideoloji mübarizələrdən danışdı.
Erkin eyni zamanda regional qanunvericilik haqqında söhbət açdı, xüsusilə də Avropa İnsan Hüquqları Konvensiyasını təriflədi. Erkin eyni zamanda BMT Bəyannamə olan bir yerdə belə regional müqavilələrin yaranmasının zəruriliyi və ya qeyri-zəruriliyi haqqında mülahizələrə öz çıxışında yer ayırdı.