Noyabrın 19-da Azad Fikir Universitetinin qonağı tanınmış iqtisadçı və müəllim Elçin Rəşidov idi. O, tələbələrə öyrənmə və Azərbaycan təhsil sistemində islahatlar haqqında mühazirə oxudu.
Elçin Rəşidov öz mühazirəsinə öyrənmə prosesinin fəlsəfi əsasları və ona müxtəlif yanaşmalar haqqında məlumat verməklə başladı. Tələbələr müxtəlif öyrənmə və öyrətmə sistemləri və metodları, eləcə də onların müsbət və mənfi keyfiyyətləri ilə tanış oldular
Daha sonra Azərbaycanın təhsil sistemi bir az öncə haqqında danışılanlar baxımından təhlil olundu, onun xüsusiyyətləri, çatışmazlıqları və üstün cəhətlərindən söhbət açıldı. Xüsusi diqqət özəl və dövlət təhsil müəssisələrinin fərqlərinin aşkarlanmasına ayrıldı.
Azərbaycan təhsil sistemini təhlil etdikdən sonra iştirakçılar onun hansı islahtlara ehtiyac duyması barədə müzakirə apardılar.