İqtisadiyyat klubu oktyabrın 31-də marketinq haqqında müzakirələr aparmaq üçün bir yerə toplaşdı. Klubun qonağı marketoloq Məmməd Kərimov idi. O Azad Fikir Universitetinin tələbələri ilə marketoloqların bəzi sirlərini bölüşdü.

İlk öncə klub üzvləri marketoloqların kim olduğuna və marketinqin nə olduğuna nəzər yetirdilər. Diqqət çəkən məqamlardan biri də o oldu ki, marketoloqlara münasibət bütün dünyada bir mənalı deyil. Marketoloqların işləri o qədər mübahisəlidir ki, onlar özlərinə inam yaratmaq üçün belə özlərinin marketinqi ilə məşğul olurlar.

Məmməd müzakirələr zamanı özünün təcrübəsindən və biznes fəaliyyətindən nümunələr göstərməklə orta statistik marketoloqun hansı işlərlə və hansı qaydada məşğul olmasından danışdı. Tələbələr həm də bir çox eksklyuziv marketinq nümunələri, eləcə də marketinq proseslərini əyani olaraq təsvir edən video reportajları seyr etdilər.

Klub üzvləri eyni zamanda bir çox marketinq anlayışlarının izahları ilə tanış oldu.

Loading more stuff…

Hmm…it looks like things are taking a while to load. Try again?

Loading videos…