Çərşənbə axşamı, oktyabrın 13-də Erkin Qədirli özünün ikinci mühazirəsi ilə Azad Fikir Universitetinin (AFU) tələbələri qarşısında çıxış etdi. Bu dəfə onun mühazirəsi insan hüquqları barəsində idi. Erkin öz mühazirəsinə insan hüquqlarının təkamülü və onların mənşəyinin insanların tərəfindən necə qavranılması ilə başladı. İnsan hüquqları bizə Allah tərəfindən bəxş edilib? Bəlkə bütün bu hüquqlar bizim hansısa dövlətin vətəndaşı olmağımızdan qaynaqlanır? Mühazirəsinin birinci yarısında Erkin bu tipli suallara cavab olaraq meydana çıxan müxtəlif nəzər nöqtələri və şərhlərlə tələbələri tanış eləməyə çalışdı.

Auditoriya tərəfindən müzakirə olunana başqa bir məsələ qadın hüquqları anlayışı ilə bağlı oldu. Erkin tələbələr soruşdu – niyə qadın hüquqları insan hüquqlarından ayrılmalıdır? Məgər qadınlar insan deyillər? Yəni “qadın hüquqları” anlayışı bir linqvistik anlayışdır yoxsa digər nəsə var? Erkin eyni zamanda dövlətin gücü və insan hüquqlarının vəziyyəti arasındakı münasibətlərə və mütənasibliklərə toxundu. “Siz dövlətin hesabına nə qədər şey qurmaq istəsəniz, bir o qədər də sizin insan hüquqlarınız məhdudlaşacaq.”

Və sonda, Erkin auditoriyaya çox dəyərli bir məsləhət verdi – insan hüquqlarını bir ideologiya kimi görməyin, bir format kimi qəbul edin.

Loading more stuff…

Hmm…it looks like things are taking a while to load. Try again?

Loading videos…